Ana Sayfa > Karusel / Dünya > Zelenski Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxan 4 ölkənin adını açıqlayıb
Zelenski Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxan 4 ölkənin adını açıqlayıb16-01-2025, 21:24. Yazar: Admin |
Amerika Birləşmiş Ştatları, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olmasına qarşı çıxdılar. Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib. "ABŞ, Macarıstan, Slovakiya və Almaniya - onlar səmimi idilər və bizi NATO-da görmək istəmədilər. Bu, açıq söhbətdir. Mənə elə gəlir ki, burada heç bir sirr yoxdur. Bunlar həmin o dörd ölkədir ki, müxtəlif səbəblərə görə hələlik Ukraynanı NATO-da görmədilər.”, - deyə o bildirib. Geri dön |