Ana Sayfa > Karusel / Kriminal > Kəngərlidə 5 mərmi tapılıb - FOTO - VİDEO
Kəngərlidə 5 mərmi tapılıb - FOTO - VİDEO15-01-2025, 10:58. Yazar: Admin |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Geri dön |