Ana Sayfa > Karusel / Region > Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var14-01-2025, 10:05. Yazar: Admin |
Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Qarabaginfo.az xəbər verir ki, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Dördüncü mərtəbədə baş vermiş partlayış nəticəsində yaşayış binasının fasadı və divarları uçub. Hadisə ilə əlaqədar binada yaşayan sakinlərin bir hissəsi köçürülüb. Geri dön |