Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyev BƏƏ-yə işgüzar səfərə gəlib
Prezident İlham Əliyev BƏƏ-yə işgüzar səfərə gəlib13-01-2025, 12:28. Yazar: Admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Qarabaginfo.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb. Geri dön |