Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidentini təbrik edib


17-11-2020, 19:58. Yazar: Admin

 

Prezident İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidentini təbrik edib
  • Clock-gray19:33
  • calendar-gray17 Noyabr 2020

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti Maya Sandunu təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Sandu,

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".


Geri dön