Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır
Ana Sayfa > Karusel / Dünya > BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır

BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır


13-01-2025, 08:14. Yazar: Admin

BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen, Suriyanın Bəşər Əsəd rejiminin devrilməsindən sonra keçid dövründə üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün dəstək verməyə hazır olduqlarını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Pedersen Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya toplantısı ilə bağlı yazılı açıqlama verib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın dəvəti ilə Ər-Riyaddakı toplantıya qatıldığını deyən Pedersen, Suriya xalqına güclü dəstək mesajını və bu kritik dövrdə Suriyadakı müvəqqəti hökumət rəsmilərinə yardım etmək istəyini alqışladığını bildirib.

“Mən BMT-nin bu tarixi fürsət və çətinliklərə sinə gəlməkdə Suriya və onun xalqını dəstəkləməyə hazır olduğumu bir daha təsdiqləyirəm”, - deyə o bildirib.


Geri dön