Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qarşılığında da eyni şeyi gözləyir.