Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Baş nazirin müavinlərinin sayı üç oldu
Baş nazirin müavinlərinin sayı üç oldu10-01-2025, 14:14. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Qarabaginfo.az xəbər verir ki, bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb. Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib. Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır. Məlumat üçün bildirək ki, əvvəllər kənd təsərrüfatı naziri (2004-2013) işləmiş İsmət Abbasov da sonradan baş nazirin müavini (2013-2018) vəzifəsində işləyib. Geri dön |