Ana Sayfa > Karusel / İnfrastruktur > Bakıda 2030-cu ilədək iki metrostansiyasının tikintisi başa çatacaq
Bakıda 2030-cu ilədək iki metrostansiyasının tikintisi başa çatacaq10-01-2025, 12:15. Yazar: Admin |
"Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır". Qarabaginfo.az xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib. O bildirib ki, bu, sərnişin axınını 88 milyon nəfərədək artıracaq. “Proqrama daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”,-deyə o qeyd edib. Geri dön |