Ana Sayfa > Karusel / Dünya > KİV: Şolts Kiyevə əlavə 3 milyard avroluq silah tədarükünə mane olur
KİV: Şolts Kiyevə əlavə 3 milyard avroluq silah tədarükünə mane olur10-01-2025, 08:42. Yazar: Admin |
Almaniya kansleri Olaf Şolts xarici işlər və müdafiə nazirləri Annalena Berbok və Boris Pistorius tərəfindən dəstəklənən Ukraynaya 3 milyard avroluq əlavə hərbi yardım paketinin ayrılmasına mane olur. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər yeni yardım göstərmək istəyirlər. Müdafiə Nazirliyinin mütəxəssisləri hətta mərmilər, Patriot üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla daha üç İRİS-T hava hücumundan müdafiə sistemi olan silahların siyahısını hazırlayıblar. Bununla belə, Almaniya kansleri qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib. 2025-ci ilin büdcəsində bu məqsədlər üçün təqribən 4 milyard avro vəsait nəzərdə tutulub. Geri dön |