Ana Sayfa > Karusel / Dünya > Nyu-York məhkəməsi yanvarın 10-da Trampa hökm oxuyacaq
Nyu-York məhkəməsi yanvarın 10-da Trampa hökm oxuyacaq4-01-2025, 09:30. Yazar: Admin |
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organisation şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmə prosesini yanvarın 10-na təyin edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə deyilir. “Müttəhimin hökm oxunması üçün 2025-ci il yanvarın 10-da gəlməsi planlaşdırılır”, - sənəddə deyilir. Beləliklə, yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış Trampa hökm oxunacaq. Geri dön |