Ana Sayfa > Karusel / Dünya > Tramp Rusiya-Amerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə namizəd göstərib

Tramp Rusiya-Amerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə namizəd göstərib


4-01-2025, 09:24. Yazar: Admin

Tramp Rusiya-Amerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə namizəd göstərib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Estoniyadakı səfiri vəzifəsinə əvvəllər Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik etmiş Roman Pipkonun namizədliyini irəli sürüb.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Tramp özünün “Truth” hesabında yazıb.

“Mən Roman Pipkonun ABŞ-nin Estoniyadakı yeni səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü elan etməkdən məmnunam ki, Roman Estoniyada doğulub böyüyüb və xarici hökumətlərlə iş sahəsində mühüm təcrübəyə malikdir”, - deyə o bildirib.

Əvvəllər Pipko ABŞ-ın maraqlarını Avropa Yenidənqurma və İnkişaf Bankında təmsil edib, həmçinin 1995-ci ildə Rusiya İri Müəssisələrinə Dəstək Fondu ilə Rusiyadakı Amerika İnvestisiya Fonduna birləşdirilən Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik edib. Fond 2008-ci ildə ləğv edilib.

Qeyd edək ki, Roman Monqolustan, Afrika, Rusiya, Qərbi Avropa və vətəni Estoniyadakı layihələrlə bağlı danışıqlarda ABŞ şirkətlərini təmsil edib.


Geri dön