Ana Sayfa > Karusel / Dünya > ABŞ Qəzza zolağında atəşkəs sazişinin bağlanmasını mümkün hesab edir
ABŞ Qəzza zolağında atəşkəs sazişinin bağlanmasını mümkün hesab edir3-01-2025, 22:19. Yazar: Admin |
ABŞ Qəzza zolağında atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsinə dair razılaşmanın hələ də mümkün olduğuna inanır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi müntəzəm onlayn brifinqdə bildirib. "Biz yeni razılaşmanın zəruri və mümkün olduğuna inanırıq və İsrailin Dohaya daha bir nümayəndə heyəti göndərmək qərarını alqışlayırıq", - deyə o vurğulayıb. Qeyd edək ki, İsrail nümayəndələrinin iştirakı ilə danışıqların sonuncu raundu 2024-cü ilin sonunda Dohada baş tutmuşdu. Geri dön |