Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib
Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib3-01-2025, 12:57. Yazar: Admin |
Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib. Qarabaginfo.az “cheb-news.net” saytına istinadən xəbərinə görə, yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb. Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Cinayətkarın vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edildiyi bildirilir. Geri dön |