Ana Sayfa > Karusel / Dünya > ABŞ-də hücum həyata keçirən şəxs 2024-cü ilin yayında İŞİD-ə qoşulub
ABŞ-də hücum həyata keçirən şəxs 2024-cü ilin yayında İŞİD-ə qoşulub2-01-2025, 20:58. Yazar: Admin |
ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına fəaliyyət göstərib. Qarabaginfo.az “AFP”yə istinadən xəbər verir ki, bu barədə FTB-nin direktor müavini Kristofer Raya mətbuat konfransında məlumat verib. “Yeni Orleandakı hücumda təşkilatçı olaraq başqa kiminsə iştirak etdiyini düşünmürük”, - FTB rəsmisi qeyd edib. Geri dön |