Ana Sayfa > Karusel / Gündəm > Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb

Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb


31-12-2024, 10:48. Yazar: Admin

Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan 3 Azərbaycan vətəndaşı təcili tibbi yardım briqadası tərəfindən Yeni Klinikaya təxliyə olunub.

Qarabaginfo.az xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alan vətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.

Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaqdır.


Geri dön