Ana Sayfa > Karusel / Region > Abdulla Öcalan deputatlara nə deyib? –MHP-dən ilk REAKSİYA

Abdulla Öcalan deputatlara nə deyib? –MHP-dən ilk REAKSİYA


30-12-2024, 18:45. Yazar: Admin

Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalan DEM Partisi millət vəkilləri ilə etdiyi görüşdə bəzi mesajlar verib.

Qarabaginfo.az bildirir ki, MHP Genel Başkan Yardımcısı Mevlüt Karakaya məsələyə dair ilkin şərhində “mövzu hələ təzədir, Genel Başkanımızın qiymətləndirməsini gözləmək ən düzgün olacaqdır,” – dedi.

DEM Partisi İmralıda Öcalan ilə görüşüb və açıqlamasında kürd məsələsinə dair daimi həll təkliflərinin həyati önəm daşıdığını bildirib. Öcalan siyasi çevrələrə dar hesablarla hərəkət etməmək və müsbət töhfələr vermək çağırışı edib.

Öcalan, həmçinin, “Dönəm Türkiyə və bölgə üçün barış, demokratiya və qardaşlıq dönəmidir” deyərək, bu prosesi böyük bir şans olaraq gördüyünü vurğuladı.

Pervin Buldan ilin əvvəlində siyasi partiyalarla görüşərək Öcalanın mesajlarını paylaşacaqlarını bildirib.

Qeyd edək ki, bu prosess MHP lideri Devlet Bahçelinin çağrıları ilə başlayıb.


Geri dön