
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M. Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
- Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
- Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır/ Apa
Geri dön
|