Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək
Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək29-12-2024, 10:45. Yazar: Admin |
Bu gün Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, mərasim yerli vaxtla saat 11:00- da, parlamentin iclas zalında baş tutacaq və 40 dəqiqə davam edəcək. Mixeil Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək. Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, həmçinin Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin, parlamentin nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvlərinin iştirak edəcəyi mərasimə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər. Xatırladaq ki, Mixeil Kavelaşvili dekabrın 14-də beş il müddətinə Gürcüstanın prezidenti seçilib. Geri dön |