Ana Sayfa > Karusel / Dünya > Tramp Ali Məhkəməni ABŞ-də TikTok qadağasını təxirə salmağa çağırıb
Tramp Ali Məhkəməni ABŞ-də TikTok qadağasını təxirə salmağa çağırıbDünən, 06:03. Yazar: Admin |
Donald Tramp vəzifəyə gəldikdən sonra mübahisəni həll edə bilməsi üçün Ali Məhkəməni Çinin TikTok sosial şəbəkəsinə qoyulan qadağanın icrasını təxirə salmağa çağırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Trampın vəkili Con Sauer açıqlamasında deyilir. Bundan əvvəl TikTok rəhbərliyi də ABŞ Ali Məhkəməsindən qanunun qüvvəyə minməsininin qarşısını almağı xahiş etmişdi. Platforma Trampın andiçmə mərasimindən bir gün əvvəl, 19 yanvar 2025-ci ilə qədər satılmalı və ya bloklanmalıdır. Sosial şəbəkənin administrasiyası və platformanın sahibi olan Çinin “ByteDance” şirkəti əmindir ki, bu, ABŞ-da 170 milyon TikTok istifadəçisinin söz azadlığı hüququnu pozur. Geri dön |