Ana Sayfa > Karusel / Region > Gürcüstan prezidenti postunu tərk etməyəcəyini bəyan edib

Gürcüstan prezidenti postunu tərk etməyəcəyini bəyan edib


27-12-2024, 17:51. Yazar: Admin

Gürcüstan Prezidentinin inaqurasiyasının hüquqi qüvvəsi yoxdur, ona görə də mən Prezident qalıram və işləməyə davam edəcəm.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Böyük Britaniyanın “Rest is politics” adlı podkast buraxılışında deyib.

Zurabişvili təfərrüatların bazar günü açıqlanacağını qeyd edib.

Qeyd edək ki, 29 dekabrın saat 11:00-da Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.


Geri dön