Ana Sayfa > Karusel / İdman > Premyer Liqa klubunun baş məşqçisi istefaya göndərilib

Premyer Liqa klubunun baş məşqçisi istefaya göndərilib


21-12-2017, 08:56. Yazar: Admin

 

 

premyer liqa klubunun bas mesqcisi istefaya gonderilib

"Qarabaginfo" "Apasport.az"-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası klublarından “Suonsi”də baş məşqçi dəyişikliyi olub. Uels təmsilçisi ingilis çalışdırıcı Pol Klementi qovub.

 

2017-ci ilin yanvar ayında komandanı qəbul edən və onu aşağı dəstəyə düşməyə qoymayan Klement cari mövsümdəki uğursuzluqlar səbəbindən istefaya göndərilib.

 

 Pol Klement daha əvvəl Karlo Ançelottinin köməkçisi kimi “Çelsi”, PSJ, “Real”, “Bavariya”da işləyib.

 

 Qeyd edək ki, “Suonsi” bu mövsüm keçirdiyi 18 oyundan sonra sadəcə 12 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Geri dön