Ana Sayfa > Karusel / Region > Lukaşenko Belarusa getmək istəməyən Paşinyana irad tutub: Məgər Minsk bu qədər uzaqdır?
Lukaşenko Belarusa getmək istəməyən Paşinyana irad tutub: Məgər Minsk bu qədər uzaqdır?26-12-2024, 17:46. Yazar: Admin |
Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq. Qarabaginfo.az TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”. Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək. Geri dön |