Ana Sayfa > Karusel / Gündəm > Qəzada həlak olan 26 yaşlı Raminin atası: İsti geyim almışdı ki, Çeçenistan soyuq olur
Qəzada həlak olan 26 yaşlı Raminin atası: İsti geyim almışdı ki, Çeçenistan soyuq olur26-12-2024, 16:53. Yazar: Admin |
“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”. Qarabaginfo.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib. O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini saat 11-də bildim”. M.İbrahimov əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm”. Geri dön |