Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktauda baş verən təyyarə qəzasından sonra rəsmi açıqlama yayıb.
Qarabaginfo.az xəbər verir ki, şirkət “Embraer 190” təyyarəsi ilə bağlı baş verənlərdən dərin kədər hissi keçirdiyini bildirib.
“Bu hadisədən zərər çəkmiş ailələr, dostlar və yaxınların kədərinə şərik olduğumuzu bildiririk, həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Vəziyyəti yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”, – açıqlamada deyilir.
“Embraer” səlahiyyətli orqanlara kömək etməyə hazır olduğunu açıqlayıb və təyyarədə sistem problemləri ilə bağlı versiyanı rədd edib. Şirkət tam məsuliyyətlə bəyan edib ki, məlum təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilməyib.