Ana Sayfa > Karusel / Gündəm > Qusardan olan bacı-qardaş da qəzada həyatını itirib
Qusardan olan bacı-qardaş da qəzada həyatını itiribDünən, 11:06. Yazar: Admin |
Təyyarə qəzasında ölənlərdən iki nəfəri Qusar sakindir. Qarabaginfo.az xəbər verir ki, onlar Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar. Faktı Qusar Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər. RİH-dən bildirilib ki, onların ata-anası olmayıb və tək yaşayıblar: “Ataları çoxdan rəhmətə gedib, anaları isə 4-5 il əvvəl Suriyada itkin düşüb. Bacı-qardaş tək yaşayırdılar, Qroznıya hansı səbəblə uçduqları məlum deyil”. Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həlak olub, 29 nəfəri sağ qalıb. Geri dön |