Ana Sayfa > Karusel / Sosial > Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb

Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb


Dünən, 10:55. Yazar: Admin

Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb

Matəm günü ilə əlaqədar Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb.

Bunu Qarabaginfo.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.


Geri dön