Ana Sayfa > Karusel / Dünya > Bayden Pentaqona Kiyevə hərbi yardımı artırmağı davam etdirməyi tapşırıb
Bayden Pentaqona Kiyevə hərbi yardımı artırmağı davam etdirməyi tapşırıbDünən, 07:46. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden ABŞ Pentaqona Ukraynaya silah tədarükünü artırmağa davam etməyi əmr edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir. "Son aylarda Birləşmiş Ştatlar Ukraynanı yüzlərlə raket əleyhinə qurğu ilə təmin edib. Mən Pentaqona Ukraynaya silah tədarükünü artırmağı davam etdirməyi tapşırmışam və Birləşmiş Ştatlar Ukraynanın müdafiə qüvvələrini gücləndirmək üçün yorulmadan çalışmağa davam edəcək.”, - deyə Bayden bildirib. Geri dön |