Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN: Astana və Bakıdakı səfirliklərimiz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar
Rusiya XİN: Astana və Bakıdakı səfirliklərimiz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar25-12-2024, 16:16. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqinə Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı sözləri ilə başlayıb. “Biz qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq. Rusiyanın Astana və Bakıdakı səfirlikləri, Qazaxıstanın Uralss şəhərindəki Baş konsulluğumuz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar. Diplomatlarımız məlumatları dəqiqləşdirmək və sağ qalan həmvətənlərimizə yardım təşkil etmək üçün Aktauya ezam olunublar”, - deyə Rusiya XİN sözçüsü qeyd edib. Geri dön |