Ana Sayfa > Karusel / Gündəm > Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək

Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək


21-12-2017, 08:52. Yazar: Admin
  

"Qarabaginfo" "Moder.az"-a istinadən xəbər verir ki, Növbəti qış fəslinin başlamasına saatlar qalırb. Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib ki, bu il Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq:


“Həmin vaxt ən uzun gecə müşahidə olunacaq. Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq.

2018-ci ildə isə yazın gəlişi martın 20-si saat 20:15:30-a, yay fəsli iyunun 21-i saat 14:07:18-ə, payız fəsli sentyabrın 23-də saat 05:54:06-a, qış fəsli dekabrın 22-də saat 02:22:42-yə təsadüf edəcək”.

 


Geri dön