Ana Sayfa > Karusel / Manşet / Region > Putin təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib

Putin təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib


25-12-2024, 13:50. Yazar: Admin

 

Putin: Vyetnam Rusiyanın ən etibarlı tərəfdaşlarından biridir - Füyuzat Jurnalı

Rusiya Prezidenti Vladimir Putin Azal-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Rusiya Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Sankt-Peterburq sammitinə səfərini təyyarə qəzası səbəbi ilə yarımçıq qoyub.

Kremlin sözçüsü Putinin artıq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək başsağlığı verdiyini söyləyib.


Geri dön