Ana Sayfa > Karusel / Manşet / Region > Nikol Paşinyan Azərbaycan təyyarəsinin qəza uğraması ilə bağlı başsağlığı verib

Nikol Paşinyan Azərbaycan təyyarəsinin qəza uğraması ilə bağlı başsağlığı verib


25-12-2024, 13:42. Yazar: Admin

Nikol Paşinyan Azərbaycan təyyarəsinin qəza uğraması ilə bağlı başsağlığı verib

Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Paşinyan “X” platformasındakı paylaşımında bildirib.

“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, - o qeyd edib.


Geri dön