Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyaya məxsus gəmi Aralıq dənizində batıb
Ana Sayfa > Karusel / Dünya > Rusiyaya məxsus gəmi Aralıq dənizində batıb

Rusiyaya məxsus gəmi Aralıq dənizində batıb


24-12-2024, 12:16. Yazar: Admin

Rusiyaya məxsus “Ursa Major” (“Böyük Ayı”) gəmisi İspaniya və Əlcəzair arasında Aralıq dənizinin sularında batıb.

Qarabaginfo.az bildirir ki, qəzanın ilkin səbəbi mühərrik otağında baş verən partlayış olub.

İspaniya mətbuatının məlumatına görə, yük gəmisi Sankt-Peterburqdan Vladivostoka gedirmiş. Yanvarın 22-də son nöqtəsinə çatmalı idi.

Lakin “Böyük Ayı” İspaniyanın Aguilas bələdiyyəsi ilə Əlcəzairin Oran şəhəri arasındakı sularda olarkən maşın otağında partlayış baş verib. Hadisə yerində xilasetmə əməliyyatı təşkil edilib. Burada yaxınlıqdakı bir neçə gəmi, həmçinin İspaniyanın xilasedici gəmisi “Clara Campoamor” və İspaniya Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi iştirak edib.

14 ekipaj üzvü xilas edilib, ikisi itkin düşüb.


Geri dön