Ana Sayfa > Karusel / Region > Rusiyada altı fəhlə yanaraq ölüb

Rusiyada altı fəhlə yanaraq ölüb


24-12-2024, 10:19. Yazar: Admin

Rusiyada altı fəhlə yanaraq ölüb

Rusiya Federasiyasının Tatarıstan Respublikasında yanğında altı nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Maloreçensk qəsəbəsində heyvandarlıq kompleksinin ərazisində fəhlələrin müvəqqəti yaşadığı evdə yanğın baş verib.

Yanğın söndürüləndən sonra hadisə yerində altı kişinin meyiti aşkarlanıb.

Məlumatda bildirilir ki, yanğın 300 kv.m sahəni əhatə edib.

Araşdırma aparılır.


Geri dön