Ana Sayfa > Karusel / Dünya > Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək
Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək23-12-2024, 20:32. Yazar: Admin |
Dekabrın 25-də MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, Putinin Sankt-Peterburqdakı proqramından danışıb. Uşakov bildirib ki, Rusiya Prezidentinin görüşləri Leninqrad vilayətində, İqora kurort kompleksində baş tutacaq. Dekabrın 24-də axşam Putin Tacikistan Prezidenti İmaməli Rəhmonu qəbul edəcək. Prezident Rusiyanın MDB-yə sədrliyinin yekunlarına yekun vuracaq, daha sonra liderlər qeyri-rəsmi ünsiyyət qurmaq imkanı əldə edəcəklər. İclasda sənədlərin imzalanması planlaşdırılmır. Uşakov qeyd edib ki, Putin dekabrın 26-da Ermənistanın baş naziri Paşinyanın sədrliyi ilə Ali Avrasiya Şurasının iclasında iştirak edəcək. Geri dön |