Ana Sayfa > Karusel / Dünya > Zelenski Britanya Baş naziri ilə Ukraynanın müdafiəsini müzakirə edib

Zelenski Britanya Baş naziri ilə Ukraynanın müdafiəsini müzakirə edib


23-12-2024, 17:22. Yazar: Admin

Zelenski Britanya Baş naziri ilə Ukraynanın müdafiəsini müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski “X” platformasındakı paylaşımında bildirib.

Bildirilib ki, onlar əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən Ukraynanın müdafiə istehsalına investisiyaları müzakirə edib.

“Biz həmçinin Rusiyanın kölgə donanmasına qarşı sanksiyaların gücləndirilməsi, briqadaların təliminin təkmilləşdirilməsi, 100 illik Ukrayna-Böyük Britaniya tərəfdaşlıq sazişinin hazırlanmasını müzakirə etdik”- Zelenski qeyd edib.


Geri dön