Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda dini portal yaradıldı

Azərbaycanda dini portal yaradıldı


23-12-2024, 11:21. Yazar: Admin

Azərbaycanda dini maarifləndirmə ilə bağlı yeni portal istifadəyə verilib.

Azərbaycan Din Xadimlərinin Forumunda təqdim olunan AMİN elektron xidmətlər və informasiya sistemləri portalının əsas məqsədlərindən biri dini maarifləndirmə işini daha mükəmməl səviyyədə təşkil etməkdir.

Portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin əlçatanlığını və şəffaflığını təmin etməyə imkan yaradacaq.

Eyni zamanda portalın təqdim etdiyi informasiya sistemləri Azərbaycan multikulturalizminin unikal mənzərəsini nümayiş etdirəcək.


Geri dön