Ana Sayfa > Karusel / Siyasət > Şimali Kipr nümayəndəsi: İnvestorlarlarımızın Azərbaycana marağı artıb

Şimali Kipr nümayəndəsi: İnvestorlarlarımızın Azərbaycana marağı artıb


23-12-2024, 10:46. Yazar: Admin

Şimali Kipr nümayəndəsi: İnvestorlarlarımızın Azərbaycana marağı artıb

Şimali Kipr Türk Respublikasından olan iş adamlarının, investorlarların Azərbaycana marağı artıb.

Qarabaginfo.az xəbər verir ki, bunu “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda çıxışı zamanı Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer deyib.

O bildirib ki, bu istiqamətdə işlər davam etdirilir.

“Ölkələrimiz arasında ticarətin artması əlaqələrinin inkişafına təkan verəcək. Bu istiqamətdə düşünürəm ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi böyük rol oynaya bilər”- U.A. Turganer əlavə edib.


Geri dön