Ana Sayfa > Karusel / Dünya > Mask ABŞ-nin Avropanın müdafiəsi üçün xərclərini tənqid edib
Mask ABŞ-nin Avropanın müdafiəsi üçün xərclərini tənqid edib23-12-2024, 08:36. Yazar: Admin |
ABŞ Avropada müdafiə xərclərini azaltmalıdır. Qarabaginfo.az xəbər verir ki, bunu iş adamı İlon Mask öz “X” hesabında bildirib. "Niyə Amerika vergi ödəyiciləri Avropanın müdafiə xərclərinin dörddə birini maliyyələşdirir? Xüsusilə bizim böyük büdcə kəsirimizi və davamlı borc artımını nəzərə alsaq, bunun heç bir mənası yoxdur", - o deyib. Xatırladaq ki, dekabrın 20-də Britaniyanın “Financial Times” qəzeti Trampın öz nümayəndələri vasitəsilə Avropadakı bəzi NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırmağı tələb etmək niyyəti barədə məlumat paylaşıb. Geri dön |