Ana Sayfa > Karusel / Dünya > Ərdoğan əsirlikdən azad etmişdi - Zelenski səfir göndərir
Ərdoğan əsirlikdən azad etmişdi - Zelenski səfir göndərirDünən, 08:08. Yazar: Admin |
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik sektorunda kadr dəyişiklikləri etdiyinə dair videomüraciət ünvanlayıb. Qarabaginfo.az xəbər verir ki, Ukrayna lideri Türkiyə, NATO və BMT-yə yeni səfirlərin təyin edilməsini böyük diplomatik addım kimi qiymətləndirib. Təyinatlara əsasən Nəriman Cəlal - Türkiyəyə, Alena Getmançuk-NATO-ya, Andrey Melnik isə BMT-yə səfir gedir. Nəriman Cəlal Krım-tatar əsilli ukraynalı politoloq, müəllim, fəal və jurnalistdir. 2021-ci ildə Krımda rus ordusu tərəfindən saxlanılaraq evində axtarış aparılıb. 2024-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə əsirlikdən azad edilərək, Ukraynaya təhvil verilib. Alena Getmançuk Yeni Avropa Mərkəzinin təsisçisi və Alyansın Avrasiya Mərkəzində (ABŞ) müstəqil baş analitikdir. 2009-cu ildə o, səkkiz il rəhbərlik etdiyi Dünya Siyasəti İnstitutunun həmtəsisçisi olub. 2016-cı ildən Ukrayna və Polşa prezidentlərinin Məşvərət Komitəsinin üzvüdür. Andrey Melnik ukraynalı diplomatdır. 2014-2022-ci illərdə Ukraynanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri, 2022-2023-cü illərdə Ukrayna xarici işlər nazirinin müavini, 2023-cü ilin iyun ayından isə Ukraynanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Qeyd edək ki, Zelenski namizədlərin adlarını açıqlasa da, onla haqqında fərmanın yaxın zamanda imzalayacağını bildirib. Geri dön |