Ana Sayfa > Karusel / Dünya > KİV: Tramp NATO üzvlərindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək
KİV: Tramp NATO üzvlərindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcəkDünən, 08:04. Yazar: Admin |
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5%-nə çatdırmağı tələb edəcək. Qarabaginfo.az xəbər verir ki, “Financial Times” onun bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırdığını yazıb. Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər. Mənbələr onu da bildiriblər ki, Tramp seçki kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir. Geri dön |