Ana Sayfa > Karusel / Dünya > ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv edib
ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv edibDünən, 08:03. Yazar: Admin |
HTŞ lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat götürülüb. Qarabaginfo.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir. Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif əl-Colani ilə görüşün təfərrüatlarını açıqlayıb. Lif, əl-Colani haqqında məlumat verəcək olan şəxs üçün 10 milyon dollar mükafatın silindiyini və bu yeni qərarın onun özünə çatdırıldığını bildirib. Geri dön |