Rusiyanın Kiyevi bombalaması nəticəsində bir neçə ölkənin səfirliklərinin yerləşdiyi binaya ciddi ziyan dəyib.
Qarabaginfo.az “ukrinform“a istinadən xəbərinə görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy brifinq zamanı açıqlayıb:
“Söhbət Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Çernoqoriyanın səfirliklərinin yerləşdiyi tikilidən gedir. Həmin binaya ciddi ziyan dəyib. Binanın pəncərələri və şüşələri sındırılıb, tavanı isə zədələnib”.