Ana Sayfa > Karusel / Gündəm > Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - Foto
Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - Foto20-12-2024, 14:23. Yazar: Admin |
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib. Qarabaginfo.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir. Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb. Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.
Geri dön |