Alman-Azərbaycan Ticarət Palatasına (AHK Azərbaycan) yeni icraçı direktor təyin edilib.
Bu barədə Qarabaginfo.az-a Palatadan bildirilib.
Məlumata görə, bundan sonra AHK Azərbaycana Nargis Wieck rəhbərlik edəcək.
Qeyd edək ki, AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında yaradılıb və 2012-ci ildən etibarən Almaniya iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq fəaliyyət göstərir.