Ana Sayfa > Karusel / Dünya > Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair məsləhətləşmələr keçirilib
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair məsləhətləşmələr keçirilib20-12-2024, 10:19. Yazar: Admin |
Afinada Ermənistanla Yunanıstan arasında müdafiə məsələlərinə dair ikitərəfli, habelə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib. Qarabaginfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, məsləhətləşmələr çərçivəsində 2024-cü ildə müdafiə sahəsində görülmüş işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə olunub. Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığına dair proqram imzalanıb. Geri dön |