Ana Sayfa > Karusel / Dünya > Nyu-Yorkda İsrail konsulluğuna qarşı terror hücumunun qarşısı alınıb
Nyu-Yorkda İsrail konsulluğuna qarşı terror hücumunun qarşısı alınıb20-12-2024, 08:10. Yazar: Admin |
Amerika təhlükəsizlik xidmətləri İsrailin Nyu Yorkdakı konsulluğuna hücum cəhdinin qarşısını alıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə cümə axşamı İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis məlumat yayıb. “İsrail Dövləti konsulluğumuza hücum cəhdinin qarşısını almaq üçün Amerika təhlükəsizlik xidmətlərinin operativ hərəkətini və əməkdaşlığını dərindən qiymətləndirir”, - Akunis vurğulayıb. “The Times of Israel” yazır ki, saxlanılan şübhəli terror təşkilatlarının tərəfdarı olub. Geri dön |