Ana Sayfa > Karusel / Dünya > KİV: Aİ Ukraynaya sülhməramlıları "NATO bayrağı altında" göndərməyəcək
KİV: Aİ Ukraynaya sülhməramlıları "NATO bayrağı altında" göndərməyəcək20-12-2024, 08:02. Yazar: Admin |
Avropa İttifaqına üzv ölkələr “NATO bayrağı altında” Ukraynaya sülhməramlılar göndərməyəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post“ qəzeti yazıb. Nəşrin yazdığına görə, qüvvələrin NATO bayrağı altında birləşdirilməsi üçün alyansın bütün üzvlərinin razılığı lazımdır. Üstəlik, bu, Rusiya üçün qəbuledilməz variant olardı. Qeyd olunur ki, atəşkəs razılaşması əldə olunacağı təqdirdə qoşunların Ukraynada yerləşdirilməsi ideyası artıq müzakirə olunur. Geri dön |