Ana Sayfa > Karusel / Region > Rusiyada yük təyyarəsi radarlardan itib, axtarışlara başlanılıb
Rusiyada yük təyyarəsi radarlardan itib, axtarışlara başlanılıb19-12-2024, 10:24. Yazar: Admin |
Rusiyanın Kamçatka vilayətində “An-2” yük təyyarəsi radarlardan itib. Qarabaginfo.az “TASS”a istinadən xəbərinə görə, bu barədə vilayətin fövqəladə hallar naziri Sergey Lebedev sosial şəbəkədəki hesabında yazıb. O, hava gəmisinin “Milkovo – Osora” marşrutu üzrə hərəkət etdiyini, ilkin informasiyaya görə, göyərtəsində sərnişinlərin olmadığını qeyd edib. S.Lebedev bildirib ki, hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı başlayıb. Nazir əraziyə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Mi-8” helikopterinin göndəriləcəyini də açıqlayıb. Faktla bağlı araşdırmalara başlanılıb. Geri dön |