Ana Sayfa > Karusel / Dünya > Məhkəmə Fransanın keçmiş Prezidenti Sarkozinin şikayətini təmin etməyib

Məhkəmə Fransanın keçmiş Prezidenti Sarkozinin şikayətini təmin etməyib


Bu gün, 17:40. Yazar: Admin

Nikolya Sarkozi

 

Fransanın Ali Məhkəməsi keçmiş Prezident Nikolya Sarkozinin barəsindəki hökmü qüvvədə saxlayıb.

Qarabaginfo.az “Agence France-Presse”yə istinadən xəbərinə görə, qərar “nüfuz alveri” ittihamı ilə ona qarşı qaldırılan cinayət işi üzrə hökmdən şikayət əsasında çıxarılıb.

O, bu il, mayın 17-də məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərarda göstərilib ki, N. Sarkozi cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.

Qeyd edək ki, kassasiya şikayəti ona qarşı “nüfuz alveri” ittihamı üzrə çıxarılan qərardan verilib.


Geri dön